"Kəpəz" Misli premyer-liqasının 27-ci turunda "Karvan-Yevlax"a uduzdu - 1:4.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistərin suallarını cavabladı.
- Bu gün itkilərimiz var idi. Rotasiyalar etsək də, alınmadı. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdı.
- Hesabın böyük olması barədə nə deyə bilərsiz?
- Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdu. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdı. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik.
- Bugünkü məğlubiyyət komandaya qarşıdakı oyunlarda təsir göstərə bilər?
- Mən "Kəpəz"ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Şükürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdı. Uduzmağı bacarmaq lazımdı, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq.
- Ohorinin oynamamasının səbəbi nədi?
- Komanda ilə bir gün məşqə çıxıb. Onu itirmək istəmədim. Ohori qarşıdakı matçlarda bizə lazımdı.
- Belə xəbərlər var ki, həftə ərzində komandanı məşqə çıxarmamısız. Bu, nə dərəcədə doğrudu?
- Belə şey yoxdu. Bərpa məşqində olmamışam. Bu da normaldı. Bərpa məşqini köməkçilərim keçib. Hər şey qaydasındadı.
- Sirr deyilsə, bərpa məşqində niyə olmamısız?
- Ailə məsələləri ilə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk. Ailənin də problemlərini həll etmək vacibdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта