RU

Hakan Çalhanoğlu uğrunda “İnter” və “Qalatasaray” savaşı

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin “Qalatasaray” futbol klubu heyətinə qatmaq üçün böyük səy göstərdiyi Hakan Çalhanoğlu ilə bağlı İtaliyada gözlənilməz hadisələr baş verir. Milli ulduzun transferi ciddi mərhələyə keçdiyi bir vaxtda “İnter”in planları dəyişib.

İdman.Biz İtaliya mətbuatına istinadla xəbər verir ki, “neradzurri”nin baş məşqçisi Kristian Kivu rəhbərlikdən Hakanın komandada saxlanılmasını tələb edib. Təcrübəli yarımmüdafiəçinin performansından razı qalan məşqçinin bu çıxışından sonra klub idarəçiləri futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşırlar.

Məlumata görə, müqaviləsinin bitməsinə bir il qalmış Çalhanoğlu üçün “İnter” yeni müqavilə təklif etmək niyyətindədir. Bu addım “Qalatasaray”ın planlarını ciddi şəkildə pozsa da, İstanbul təmsilçisi transferdə hələ də israrlıdır. Hakanın özünün də “sarı-qırmızılı” formanı geyinməyə müsbət yanaşması keçidin hələ də mümkünlüyünü qoruyur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
icma.az

1Источники