Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Argentina milli komandası 2026-cı il dünya çempionatından əvvəl iki yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumat Cənubi Amerika təmsilçisinin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Son dünya çempionu hər iki görüşü ABŞ-də keçirəcək. Lionel Skaloninin baş məşqçisi olduğu komanda iyunun 6-da Texasdakı "Kayl Fild" stadionunda Hondurasla qarşılaşacaq. Növbəti rəqib İslandiya olacaq. Sözügedən komanda ilə görüş iyunun 9-da isə Alabamadakı "Cordan-Hare Arena"da baş tutacaq.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada baş tutacaq.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.