RU

AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər taksi sahəsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.​​​​​​​
Yeniavaz.com
xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabineti tərəfindən aprelin 7-də qəbul edilən 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşıma sahəsinə aiddir və taksi fəaliyyətini əhatə etmir.
Qeyd olunub ki, sərəncama əsasən, iki ay müddətində təqdim ediləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır. Bu çərçivədə texniki göstəricilərin, eləcə də nəqliyyat vasitələrinin daxili və xarici tərtibatına dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Избранный
5
10
yeniavaz.com

10Источники