RU

Rusiya taxıl ixracı üçün əlavə tarif kvotasını təsdiqlədi

Rusiya hökuməti buğda, meslin, arpa və qarğıdalı ixracı üçün 5 milyon ton məbləğində əlavə tarif kvotasını təsdiqləyib.

Teleqraf xəbər verir ki, qərar iyunun 30-na qədər qüvvədə olacaq.

Bu kvota taxıl bitkilərinin Avrasiya İqtisadi Birliyi xaricinə ixracına aiddir. Bu qərar xaricə əlavə məhsul tədarük edə biləcək fermerlərə dəstək olmağa kömək edəcək. Kənd Təsərrüfatı Nazirliyi tarif kvotasını deklarativ əsasda bölüşdürəcək.

Eyni zamanda, qərarın daxili bazara zərər verməyəcəyi bildirilir. Qeyd edilir ki, bunun üçün kifayət qədər məhsul var və ümumi taxıl yığımının həcmi "Rosstat" tərəfindən yuxarıya doğru tənzimlənib (141,2 milyon tona qədər).

Избранный
29
1
teleqraf.com

2Источники