RU

Sinqapurda isti hava və enerji böhranı

Sinqapurda artan enerji qiymətləri səbəbindən hökumət dövlət işçilərinə ofislərdə kondisionerləri ən azı 25 dərəcədə saxlamağı tapşırıb. Qərar Yaxın Şərqdəki vəziyyətin qlobal neft və qaz təchizatına təsiri nəticəsində enerji xərclərinin yüksəlməsi ilə əlaqədardır.

“BBC” xəbər verir ki, hökumət enerji sərfiyyatını azaltmaq üçün dövlət binalarında LED işıqlar və ağıllı sensorlar quraşdırmağa başlayıb. Rəsmi açıqlamaya görə, temperaturun hər 1 dərəcə artırılması enerji istifadəsini təxminən 10 faiz azaldır. Kondisionerlərin geniş istifadəsi ilə tanınan Sinqapurda bu addım diqqət çəkib. Ölkədə demək olar ki, bütün ofislər, ticarət mərkəzləri, ictimai nəqliyyat və evlər kondisionerlə təchiz olunub. Regionun digər ölkələri də oxşar tədbirlər görür. Tailand kondisionerlərin 26-27 dərəcədə saxlanmasını tövsiyə edib, Filippin isə enerji qənaəti üçün dövlət qurumlarının iş həftəsini qısaldıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, böhran Asiya ölkələrinə neftdən asılılığı azaltmaq və enerji mənbələrini şaxələndirmək üçün ciddi dərs ola bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
20
azerbaijan-news.az

1Источники