RU

Füzuli Məmmədov: “Üçüncü qol oyunun taleyini həll etdi” – ARENA.AZ

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə meydan sahibləri 4:1 hesablı qələbəyə seviniblər.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq, çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan artığına layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir.

Hər bir qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi.

Rauf Rüstəmli hər matçda əsas heyətə layiq futbolçulardan biridir. Maksimumunu meydanda qoymağa çalışır. Çox əzmkar futbolçudur. Son iki turda əsas heyətdə oynaya bilməmişdi. Səbəb rəqabət idi. Ədalətli olub digər oyunçulara da şans verməliyik. Rauf bu oyunu ilə hansı səviyyədə futbolçu olduğunu göstərdi”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
27
6
arena.az

10Источники