“Borussiya”nın müdafiəçisi Niko Şlotterbeklə müqaviləni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. O, 2022-ci ildə “Frayburq”dan transfer olunub.
26 yaşlı müdafiəçi bu mövsüm 31 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.