Kambocanın kralı Norodom Sihamonidə prostat xərçəngi aşkarlanıb.
Publika.az xəbər verir ki, bunu kral özü açıqlayıb.
O, bu xəstəlik üzrə müalicə üçün Çinə yollanacaq.
72 yaşlı konstitusiyalı monarxın sözlərinə görə, xərçəng Pekində yerləşən dövlət xəstəxanalarından birində aparılan tibbi müayinə zamanı aşkar edilib.