RU

Çin "Çanye-7" zondunu aya göndərir

Bakı. Trend:

Çinin Kosmos Agentliyi “Çanye-7” zondunun ilin ikinci yarısındaAya göndəriləcəyini açıqlayıb.

Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.

Məlumata görə, cihaz artıq Haynan adasındakı Vençan buraxılışməntəqəsinə gətirilib. Qarşıdakı aylarda buraxılışqabağı bir neçətest həyata keçiriləcək.

Qeyd edək ki, Çin Yerin təbii peykinin tədqiqinə 2007-ci ildə“Çanye-1” missiyası ilə başlayıb. 2013-cü ildə “Çanye-3” cihazıAyın səthinə yumşaq eniş edib.

2020-ci ildə “Çanye-5” Ayın yaxın tərəfindən, 2024-cü ildə isə“Çanye-6” Ayın görünməyən tərəfindən süxur nümunələri gətirib. Bu,bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən Yerə ilk dəfə süxurgətirilməsidir.

Çin 2030-cu ilə qədər astronavtlarını Aya göndərməyi hədəfləyib.Bundan başqa, Çin Rusiya ilə birlikdə Beynəlxalq Elmi AyStansiyasının yaradılması layihəsini açıqlayıb.

Məqalədə:
Избранный
34
az.trend.az

1Источники