RU

Bakı və Abşeronda yığılan yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - VİDEO

Bakı və Abşeron ərazisində toplanan yağış sularının kənarlaşdırılması işləri davam etdirilir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında qeyd olunub.

Məlumata görə, qurumun tabeli strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Digah, Buzovna, Sabunçu, Şüvəlan, Məmmədli və Novxanı ərazilərində nasoslar vasitəsilə suyun təxliyəsi həyata keçirilir, bəzi yerlərdə isə əlavə boru xətləri çəkilib.

Qeyd olunur ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə işlər fasiləsiz aparılır və normadan artıq yağıntı nəticəsində yığılan suların operativ şəkildə kənarlaşdırılması təmin edilir.

Избранный
22
1
apa.az

2Источники