RU

Bakıda karate üzrə Grand Prix beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib

ain.az, Apasport saytına istinadən bildirir.

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Sərhədçi İdman Mərkəzində baş tutub.

Açılışda Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndərin və ölkənin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev turnirin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür beynəlxalq yarışlar idmanın inkişafına və idmançılar arasında təcrübə mübadiləsinin genişlənməsinə töhfə verir.

Mərasimdə həmçinin Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Çıxışlardan sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Daha sonra final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib.

Qeyd edək ki, turnir müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir. Turnirə 6 ölkəni təmsil edən 700-ə yaxın idmançı qatılıb.

Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb

"Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Karateçilərimiz dünya çempionatında iştirak edir

Karate üzrə muxtar respublika birinciliyi keçirilib - FOTO

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
4
apasport.az

5Источники