"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti sınağına çıxıb.

Offsideplus.az xəbər verir ki, turnirdə 5-8-ci yerlər uğrunda mübarizə aparan təmsilçimiz bu gün "Borats" kollektivi ilə qarşılaşıb.

"Bayquşlar" rəqibinə məğlub olub - 60:67.

"Sabah"ın üzvü Hüseyn Məmmədov 22 xalla görüşün ən məhsuldar oyunçusu olmağı bacarıb.

Qeyd edək ki, paytaxt təmsilçisi B qrupundakı ilk oyununda meydan sahibi "İqokea"ya 58:88 hesabı ilə məğlub olsa da, növbəti matçda Almaniyanın "Porşe BBA Lyudviqsburq" komandasını 72:61 hesabı ilə üstələməyi bacarıb.