ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
PSJ Enrike ilə müqaviləni uzadır
PSJ baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalamağa hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
İspaniyalı mütəxəssislə anlaşma 2030-cu ilin yayına qədər olacaq.
Bildirilib ki, Luis Enrike Parisdə xoşbəxtdir və bu, məşqçisini məmnun saxlamaq istəyən klub üçün vacibdir.
Bunu nəzərə alaraq, PSJ ispaniyalıya mənzil axtarışında fəal şəkildə kömək edir. Enrike hazırda Paris yaxınlığında, Sen-Jermen-an-Layedə yaşayır. Lakin o, Parisə köçməklə gündəlik həyatının daha xoş olacağına inanılır.
Mənzil və ailə məsələlərindən əlavə, əmək haqqının əhəmiyyətli dərəcədə artırılması da müzakirə olunur. Bu, 55 yaşlı mütəxəssisə Avropanın ən çox maaş alan üç məşqçisindən biri olmağa imkan verəcək. Enrike hazırda ayda 1 milyon avro qazanır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.