RU

"Tottenhem" Premyer Liqada düşmə zonasına gerilədi

İngiltərə Premyer Liqasında "Tottenhem" klubu turnir cədvəlində aşağı pilləyə enib və hazırda düşmə zonasına düşüb.

90deqiqe.Az-ın məlumatına görə, bu vəziyyət 32-ci turda "Vest Hem" və "Vulverhempton" arasında keçirilən matç zamanı yaranıb. London stadionunda baş tutan oyunda ev sahibi komanda 1:0 hesabı ilə önə keçib.

Görüşün baş hakimi avstraliyalı Cared Cillett olub.

Matçın gedişində “Vest Hem” 32 xal toplayaraq turnir cədvəlində “Tottenhem”i geridə qoyub. London təmsilçisi hazırda 18-ci pillədə qərarlaşıb və bu mövqe komanda üçün Premyer Liqanı tərk etmə təhlükəsi yaradır.

Qeyd edək ki, turnir cədvəlinə "Arsenal" klubu 70 xalla başçılıq edir.

Избранный
38
90deqiqe.az

1Источники