ain.az, Qol.az portalına istinadən məlumat verir.
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
İtaliya A seriyasında 32-ci tur start götürüb.
QOL.az xəbər verir ki, turun açılış matçında “Roma” öz meydanında “Piza”nı sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:0.
Donyell Malenin het-triki “Roma”ya 3 xal qazandırıb. Niderlandlı forvard matçın 3, 43 və 52-ci dəqiqələrində rəqib qapısına yol tapıb.
Bu qələbə sayəsində xallarının sayını 57-ə çatdıran “Roma” turnir cədvəlində altıncı yeri tutur. “Piza” isə 18 xalla 20 komanda arasınca sonuncudur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.