Şüşə qabların matlaşmasının əsas səbəbi suyun tərkibindəki əhəng (kirəclənmə) və yuyucu toz qalıqlarının şüşə səthinə yapışmasıdır. Bu dumanlı görünüşü aradan qaldırmaq üçün aşağıdakı üsullar ən effektivdir.
Milli.Az xəbər verir ki, sirkə (üzüm və ya alma sirkəsi də olar) təbii turşuluğu sayəsində əhəngi dərhal parçalayır.
Bir qaba isti su doldurun və içərisinə bir stəkan ağ sirkə əlavə edin. Matlaşmış stəkanları bu qarışıqda 15-20 dəqiqə saxlayın. Sonra durulayın. Nəticəni dərhal görəcəksiniz.
Limonun tərkibindəki təbii turşular şüşə üzərindəki ləkələri həll edir.
Yarım limonu stəkanın həm içinə, həm də çölünə sürtün. Bir neçə dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu üsul həm də stəkanlarda xoş ətir buraxacaq.
Soda şüşəni cızmadan təmizləyən yüngül aşındırıcı təsirə malikdir.
Nəm bir süngərin üzərinə azca soda səpin və stəkanları yumşaq şəkildə ovun. Mat görünüşün itdiyini və stəkanın parladığını şahidi olacaqsınız.
Mütəxəssislər bildirirlər ki, stəkanların parlaq qalması üçün qurulama texnikası çox önəmlidir.
Stəkanların öz-özünə qurumasını gözləmək su ləkələrinə səbəb olur.
Yuduqdan dərhal sonra mikrofiber bezlə qurulamaq şüşənin üzərindəki bütün qalıqları təmizləyir və mükəmməl parlaqlıq verir.
Lalə Qüdrətova
Milli.Az