RU

İranın PARTLAMAYAN “atom silahı” – Dünyanin verəcəyi QƏRAR

“ABŞ və İran arasında atəşkəs perspektivləri hələ də qeyri-müəyyəndir, lakin Tehran artıq Hörmüz boğazında "nüvə silahını" uğurla sınaqdan keçirib”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev iddia edib. 

O, özünün "X" sosial şəbəkə hesabında İranın strateji imkanlarını metaforik şəkildə belə şərh edib: “İran öz nüvə silahını sınaqdan keçirdi. Bu silahın adı Hörmüz boğazıdır. Onun potensialı tükənməzdir”.

İran

Belədirmi? Məlum olduğu kimi, İranın qarşı tərəfə, ABŞ-a, qlobal iqtisadiyyata mühüm təzyiq rıçaqlarından biri məhz Hörmüz boğazıdır. Ancaq bu dərəcəmi güclü rıçaq? Elədirsə, Hörmüzə alternativ marşrut variantları tapılacaqmı və bu nə qədər zaman, vəsait ala bilər? Bu arada ABŞ Prezidenti Donald Tramp “ABC Nyus”a müsahibəsində deyib ki, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üçün İranla birgə müəssisənin yaradılması imkanları nəzərdən keçirilir.

Mümkündürmü?

Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Hörmüz boğazı dünya iqtisadiyyatının ən mühüm nəfəsliyidir:

“Bu boğazın uzun müddət bağlı qalması mümkün deyil. Boğaza alternativ yolların çəkilişi isə böyük pullar və uzun zaman tələb etdiyindən belə layihələrin işlənməsi bu gün aktual deyil. Birləşmiş Ştatlar gec-tez bu boğazın açılmasına nail olacaq və ona nəzarəti tam ələ alacaq. Çünki onun İrana qarşı başlatdığı müharibənin əsas hədəfi budur”.

Rusiya

F.Yusifov qeyd edib ki, indi kimlərsə ABŞ-la İran arasında danışıqlar nəticəsində razılaşmaların əldə olunacağına inanır:

“Razılaşmanın əldə olunması üçün tərəflərin irəli sürdükləri təkliflər o qədər ziddiyyətlidir ki, nə Birləşmiş Ştatlar, nə də İran bu təklifləri qəbul edəcək. Çünki tərəflərdən hər hansı biri ona təqdim olunan təklifləri qəbul edərsə, bu onun məğlubiyyəti olacaq. O səbəbdən, indiki danışıqlar boş və mənasızdır. Onların hər hansı bir nəticə verəcəyi də mümkün deyil. Görünən budur ki, bu müharibədə tərəflərə vaxt udmaq lazımdır. Çox güman ki, bu, ABŞ-a daha çox lazımdır. Birləşmiş Ştatlar fürsətdən İrana həlledici zərbənin vurulması üçün yararlanacaq”.

Müsahibimiz deyib ki, ABŞ-nin Hörmüz boğazını İranın nəzarətində saxlanılmasına razılıq verməsi mümkün deyil:

“İran bu boğazdan keçən hər bir gəmidən iki milyon dollar toplamağı düşünür. Bu isə bir ildə 60 milyard dollardan çox valyuta deməkdir. Bu qədər vəsaitin İranın əlinə keçməsi o deməkdir ki, İran tezliklə bölgədə ikinci Şimalı Koreyaya çevriləcək. Kim deyə bilər ki, bunu bilə-bilə, ABŞ müharibə meydanını heç nə olmamış kim tərk edəcək?!”

Cavanşir ABBASLI
Musavat.com

Избранный
6
50
musavat.com

10Источники