RU

Vensin İslamabadda İranla danışıqlarda uğur qazanmaq şansı çox azdır... - Axios

İran iki şərt yerinə yetirilmədiyi təqdirdə danışıqları boykot etməklə hədələyir: Livanda atəşkəs və İran aktivlərinin azad edilməsi...
 
ABŞ-ın vitse-prezidenti C.D. Vens nüvə mübahisəsini həll etmək və müharibəyə son qoymaq məqsədilə  İranla danışıqlar aparmaq üçün cümə günü Pakistana yola düşüb.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, Amerikanın "Axios" nəşrinin yazdığına görə, görüşün özü tarixidir. Çünki bu, 1979-cu ildən bəri ABŞ və İran rəsmiləri arasında ən böyük yüksək səviyyəli qarşılıqlı ünsiyyətdir. Amma tərəflərin fikirləri kəskin şəkildə fərqləndiyindən uğur şansları az görünür.
 
"Hələ də danışıqlar apardığımız mövzu ilə bağlı razılığa gələ bilməmişik", - deyə başqa bir ABŞ rəsmisi bildirib.
 
S.Laçın
Избранный
26
50
moderator.az

10Источники