Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,05 ABŞ dolları və ya 4,04% azalaraq 119,98 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 125,03 ABŞ dolları təşkil edib.