RU

“Qarabağ” Zubirlə vidalaşır – Fransalı Qətərə gedir 

“Qarabağ”ın futbolçusu Abdullah Zubirin bu yay komandasını dəyişəcəyi gözlənilir.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu Qətərin “Al-Şahaniya” klubu ilə anlaşıb.

Hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır. Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Mərakeş əsilli fransalı “Qarabağ”ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.

Избранный
25
idmanxeber.az

1Источники