RU

Bu qidalardan istifadə edənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, türkiyəli diyetoloq Səlahəddin Dönməz arıqlamağın əsas qaydalarını izah edib. “Kartof püresi, düyü kimi qidalar, şəkərləndirici maddələr qan şəkərini sürətlə yüksəldə bilər. Bu səbəbdən arıqlama dövründə onların istifadəsinə diqqət yetirilməlidir. Qırmızı və ağ ət, yumurta, tam yağlı süd məhsulları bədənin ehtiyacına uyğun şəkildə qəbul olunmalıdır. Bol su içmək metabolizma üçün çox vacibdir, həmçinin, az miqdarda buğda, normal ölçüdə paxlalılar, tərəvəzlər və çərəzlər yemək məsləhətdir. Təbii zeytun yağı, çərəzlər və balıq istehlakı artırılmalıdır”. Onun sözlərinə görə, bu qaydalar həm sağlam arıqlamağa, həm də nəticəni qorumağa kömək edir.

“Orqanizmi sağlam yağ turşuları ilə təmin etməklə, düzgün arıqlama prosesində qanda zərərli yağların yaranmasını azalda bilərsiniz. Bu isə sizi ürək xəstəliklərindən qoruyan çox yaxşı bir həyat tərzi dəyişikliyidir. Təzə meyvə, tərəvəz, paxlalıları müntəzəm şəkildə qəbul etməyə çalışın. Onların tərkibində olan polifenollar, antioksidantlar, flavonoidlər, fitosterollar və qida lifləri zərərli oksigen radikallarını zərərsizləşdirir, azot oksidinin sintezini artırır, antiinflamatuar (iltihabəleyhinə) təsiri maksimuma çatdırır ki, nəticədə arıqlama prosesində oksidativ stress azalır və yaşlanma prosesi ləngiyir”.

Diyetoloq fiziki aktivliyin də önəmli olduğunu vurğulayıb.

Избранный
5
2
Ajans.az

3Источники