RU

Nazir təhlükəsizlikdən narahatdır

Böyük Britaniya Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha ciddi tədbirlərin görülməsinə çağırıb. 

“Cebheinfo.az” “Yeni Şafak” – a istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Heli Avropanın gələcək təhlükəsizliyi ilə bağlı məsələlərdə daha çox işlərin görülməsinə ehtiyac oduğunu bildirib. 

Müdafiə və təhlükəsizlik mövzusunda iki günlük London Müdafiə Konfransında çıxış edən C.Heli Atlantik okeanının hər iki tərəfi üçün NATO-ya olan faydalarını və öhdəliklərini xatırladıb. 

 Prezident Donald Trampın ABŞ-nin NATO-dakı avropalı müttəfiqlərini davamlı tənqid etməsi və NATO-nun rolunu şübhə altına alması ilə bağlı çıxışlarına cavab olaraq C.Heli bildirib ki, NATO-nun "əsl gücü" alyansa üzv olan ölkələrin birgə fəaliyyətinə əsaslanır. 

Müdafiə naziri Avropa ölkələrinin Ukraynaya dair təhlükəsizlik və liderlik məsələlərində daha çox səy göstərdiklərini və öz təhlükəsizliyi istiqamətində daha çox işlərin görülməsinin vacibliyini vurğulayıb: 

"Öz təhlükəsizliyimiz üçün daha çox iş görməli olduğumuzu etiraf etməliyik".

Qeyd edək ki, Tramp NATO-ya üzv olan Avropa ölkələrini ABŞ-nin Hörmüz boğazının təhlükəsizliyini təmin etmək əməliyyatlarında iştirak etməkdən imtina etdiyinə, eləcə də müharibə zamanı bəzi bazalara girişi məhdudlaşdırdığına görə sərt tənqid edib. 

Избранный
10
1
cebheinfo.az

2Источники