RU

Azərbaycanın avtomobil bazarında paradoks: Bahalaşma qaçılmazdır

Cari ilin əvvəlində hibrid və elektrik mühərrikli avtomobillər üçün tətbiq edilən vergi güzəştlərinin ləğvi yerli avtomobil bazarında ciddi ajiotajla qarşılanmışdı. İlkin ehtimallara və ekspert proqnozlarına görə, qanunvericilikdəki bu dəyişikliyin ardınca ölkəyə idxal olunan, xüsusilə də son illər yollarımızda kütləviləşən Çin istehsalı avtomobillərin qiymətində ən azı 20 faizlik artım gözlənilirdi.

Lakin geridə qalan aylar tamamilə fərqli və gözlənilməz bir iqtisadi mənzərəni ortaya çıxarıb. Real bazarda nəinki proqnozlaşdırılan bahalaşma qeydə alınmayıb, əksinə, iqtisadi məntiqlə ziddiyyət təşkil edən bir tendensiya formalaşıb. Müşahidələr göstərir ki, hazırda ən çox tələb görən populyar Çin avtomobilləri ötən ilin sonundakı rəqəmlərlə müqayisədə 1000-2000 manat daha aşağı qiymətə təklif edilir. Bəs gözləntiləri alt-üst edən bu vəziyyətin əsl səbəbi nədir?

“Ölkəyə kifayət qədər avtomobil gətirilib”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, qiymətlərin artmamasına səbəb bazardakı bolluqdur: “Son iki ildə ölkəyə paralel idxal vasitəsilə yəni rəsmi diler olmayan fərdi şəxslər və kiçik salonlar tərəfindən kifayət qədər avtomobil gətirilib. Ötən il isə bu proses pik həddə çatdı. Vəziyyət o yerə gəlib çatdı ki, peşəsindən asılı olmayaraq hər kəs avtomobil idxal etdi. Hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin başa çatacağı ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra bazarda kütləvi ajiotaj yarandı. Növbəti ilin rüsumlarından azad olmaq və nəqliyyat vasitələrini ölkəyə güzəştli şərtlərlə daxil etmək məqsədilə insanlar tələsik avtomobil gətirməyə başladılar. Bu zaman gömrük rəsmiləşdirilməsi müxtəlif şəxslərin adlarına həyata keçirilirdi. Prosesə həmçinin xüsusi investorlar cəlb edərək ölkəyə kütləvi şəkildə avtomobil idxal edən şəxslər də qoşulmuşdu. Avtomobil biznesi ilə məşğul olan bir şəxs müxtəlif miqdarda 100 min, 200 min və ya 300 min manat həcmində sərmayə yatıran investorları cəlb edir və idxal prosesini mərkəzləşdirilmiş şəkildə təşkil edirdi”.

Tələbi üstələyən təklif bolluğu

Избранный
36
10
publika.az

10Источники