RU

“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Kerema Marazzi” kafel-metlax şirkətinin rəhbəri “bizdən çox vergi çıxır” deyərək maaşımın bir hissəsini qeyri-rəsmi ödəyirdi. Lakin son 4 aydır əməkhaqqım verilmir”. 

Bu şikayətlə “Qafqazinfo”ya sözügedən şirkətin keçmiş əməkdaşı Samir Vəlizadə müraciət edib. 

Vətəndaşın sözlərinə görə, adıçəkilən şirkət həm vergidən yayınır, həm də işçinin aylıq məvacibini vermir: “Kerama Marazzi”ni ölkəyə gətirən “Uni Tiles” MMC-də broker vəzifəsində çalışırdım. Maaşımın qeyri-rəsmi hissəsi verilmədiyi üçün Əmək Müfəttişliyinə müraciət etdim. Bundan sonra əmək müqaviləm bitdi və çalışdığım şirkət müqaviləni uzatmadı. Buna səbəb olaraq cari ilin fevralın 19-da işdə olmamağım qeyd olunmuşdu. Lakin həmin tarixdə işə gəlməməyimi özləri istəmişdi. Buna dair mesajlar var. Dəfələrlə maaşımın qalan hissəsinin də rəsmiləşdirilməsini istəsəm də, bunu etmirdilər. Şirkət rəhbəri demişdi ki, “bu zaman bizdən vergi çox çıxacaq”. 

S.Vəlizadə bildirib ki, şirkət rəhbəri Fuad Seyfullayev, həmçinin ondan digər kafel şirkətlərində də işlərini görməsini tələb edib: “Onun “Kerama Trade” şirkəti var. O şirkətin gömrük məsələlərini də mənə tapşırırdı. Hər iki şirkətdə işlədirdi, rəsmi maaşımı alsam da, ümumilikdə 2400 manat məvacibim verilmədi. Ümumiyyətlə, bu insandan tək mən yox, digər işçilər də narazıdır. İndi isə həm işsizəm, həm də əməyimin qalan hissəsi verilməyib...”

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, vətəndaş Samir Vəlizadə tərəfindən “Uni Tiles” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətə baxılıb: “Müraciət üzrə aparılmış araşdırma zamanı müəyyən edilib ki, vətəndaşla “Uni Tiles” MMC arasında bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xitam verilib. Araşdırma çərçivəsində işəgötürəndən müvafiq sənədlər tələb olunub və təqdim edilmiş sənədlər əsasında əməkhaqqının aylıq qaydada bank hesabına köçürüldüyü, habelə iş vaxtından artıq işlərə cəlbetmə halının müəyyən edilmədiyi məlum olub.

Eyni zamanda müəssisənin təqdim etdiyi sənədlərə baxış keçirilərkən vətəndaşın 17.02.2026-cı il tarixindən cari tarixə qədər işə getmədiyi və bununla bağlı ona “Əmək və Məşğulluq” altsistemi tərəfindən 10.03.2026-cı il tarixdə rəsmi məktub göndərildiyi müəyyən edilib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən sahibkarlıq subyektlərində yerində araşdırma aparılması mümkün olmadığından, müraciətdə göstərilən halların bu formada yoxlanılması təmin edilməyib. Vətəndaşa məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilib”.

İddialarla bağlı qarşı tərəflə də əlaqə saxladıq. Şirkət rəhbəri Fuad Seyfullayev məsələ ilə bağlı vəkilinin cavab verəcəyini bildirsə də, açıqlama verilmədi. 

Fidan Etibar 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
2
qafqazinfo.az

3Источники