RU

ABŞ İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb

Bakı. Trend:

ABŞ Pakistan ərazisində İranla aparılan danışıqlar zamanıTehranın Qətərdə və digər xarici banklarda saxlanılan aktivlərinindondurulmasının ləğvinə razılıq verib.

Trend xəbər verirki, bu barədə “Reuters” yüksək vəzifəli iranlı məmura istinadənməlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bu İranın gəmilərin Hörmüzboağzından təhlükəsiz keçidini nə dərəcədə təmin edəcəyindən asılıolacaq. Bildirilir ki, bu İslamabadda keçiriləcək İran-ABŞdanışıqlarının gündəliyində əsas məsələlərdən biridir.

Pakistan paytaxtında danışıqların iki formatda – vasitəli vəbirbaşa formatlarda keçirilməsi nəzərdə tutulur. İlk növbədə,tərəflər Pakistandan olan nümayəndələr vasitəsilə müzakirələringündəliyini təsdiqləyəcək. Daha sonra Vaşinqton və Tehrannümayəndələri arasında birbaşa danışıqlar başlayacaq.

Birbaşa danışıqların Bakı vaxtı ilə 16:00-da start götürəcəyibildirilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Избранный
44
1
az.trend.az

9Источники