Göygöldə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mitsubishi" ilə "Niva" markalı minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov