RU

Trampın qalmaqallı təhdidi gerçəkləşməyəcək Kritik məhdudiyyət

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı səsləndirdiyi sərt bəyanatlar Vaşinqtonun Alyansdakı gələcəyinə dair müzakirələri yenidən aktuallaşdırıb. Bununla belə, ABŞ-ın NATO-dan faktiki çıxışı hələlik daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, Trampın əsas məqsədi Avropa müttəfiqlərini müdafiə xərclərini artırmağa məcbur etmək və Vaşinqtonun təhlükəsizlik yükünü azaltmaqdır. Çünki hazırkı ABŞ qanunvericiliyinə ölkənin NATO-dan çıxması qərarını sadəcə prezident verə bilməz, bunun üçün Konqresin də razılığı lazımdır.

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, Donald Trampın bu tip bəyanatlarına ciddi yanaşmayanların sayı artsa da, məsələ hüquqi baxımdan müəyyən əsaslara malikdir:

“Əvvəla, qeyd etdiyim kimi, hüquqi baxımdan bu, mümkündür. NATO müqaviləsinin 13-cü maddəsində göstərilir ki, üzv dövlət Alyansdan ayrıla bilər. Lakin praktiki baxımdan ABŞ üçün bu addım olduqca çətin görünür.

Birincisi, belə bir qərar Konqresin ciddi müqaviməti ilə qarşılaşar.

İkincisi, NATO ABŞ-ın qlobal hərbi-siyasi gücünün əsas sütunlarından biridir. ABŞ ordusunun Avropadakı infrastrukturu, bazaları, komanda mərkəzləri və digər strateji elementlər NATO sistemi ilə sıx bağlıdır.

Bundan əlavə, son illərdə ABŞ Konqresində prezidentin ölkənin NATO-dan çıxması qərarı verməsini məhdudlaşdırmağa yönəlmiş bir sıra qanun layihələri də müzakirəyə çıxarılıb. Bu isə göstərir ki, Alyansdan dezinteqrasiya təkcə Trampın qərarı ilə həll ediləcək məsələ deyil.

Elnur Ənvəroğlu

O ki qaldı bunun blef, yoxsa ciddi xəbərdarlıq olmasına, mən daha çox “təzyiq aləti” adlandırardım. Burada əsas məqsədlərdən biri Avropa ölkələrinin ABŞ qarşısında kifayət qədər maliyyə öhdəliyi götürməməsidir. ABŞ böyük təhlükəsizlik xərclərini üzərinə götürərək Avropa ölkələrinin müdafiəsini təmin edir. Donald Tramp da dəfələrlə müttəfiqlərdən müdafiə xərclərini artırmağı tələb edən ritorika səsləndirib.

Bu prizmadan yanaşsaq, NATO ABŞ üçün müəyyən mənada maliyyə yükü kimi qiymətləndirilir. Tam real və yaxın perspektivli ssenari olmasa da, bu istiqamətdə qismən addımların atılması mümkündür”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
globalinfo.az

1Источники