RU

Belə intensiv yağıntılar yenə baş verə bilər Zaur Mikayılov

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu yağışlar və ümumiyyətlə iqlim dəyişikliyi ilə bağlı müşahidə olunan proseslər göstərir ki, belə intensiv yağıntılar yenə baş verə bilər. Ümid edirik ki, budəfəki kimi böyük həcmdə olmayacaq. Çünki bu, son 100 ildə müşahidə olunmayan miqyasda yağıntı idi. Amma onun qədər olmasa da, bəlkə də yarısı qədər yağışların baş verməsi realdır və biz buna hazır olmalıyıq".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Xəzər" TV-yə müsahibəsində deyib:

"Çünki iqlim dəyişikliyi yalnız quraqlıqla özünü göstərmir. Əvvəllər yağışlar daha çox hissə-hissə və daha uzun zaman kəsiyində yağırdı. İndi isə qısa zaman ərzində çox intensiv yağıntılar müşahidə olunur. Ardınca isə bəzən uzunmüddətli quraqlıq dövrü yaranır. Bu cür hallarla həm yaz, həm də payız mövsümündə qarşılaşacağımızın ehtimalı böyükdür. Məhz bu reallığı nəzərə alaraq, cənab Prezident İlham Əliyevin tapşırığı ilə ötən ildən Bakı və Abşeron yarımadasında içməli su və yağış-kanalizasiya kollektorlarının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı hazırlanıb. Bu proqram 10 il ərzində mərhələli şəkildə icra olunacaq və mövcud problemlərin həlli istiqamətində ciddi imkanlar yaradacaq. Hazırda mövcud vəziyyətdə suların böyük hissəsi bir mərkəzə - kollektor sisteminə yönəlir. Yeni proqram çərçivəsində isə bu sistem daha səmərəli şəkildə bölüşdürüləcək. Nəticədə həm vətəndaşların içməli suya əlçatanlığı, həm kanalizasiya xidmətlərinə çıxışı yaxşılaşacaq, həm də bu cür intensiv yağışların yaratdığı fəsadların daha az olması və suların daha operativ şəkildə kənarlaşdırılması mümkün olacaq". 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
unikal.az

10Источники