RU

Almaniyada mənzil tikintisi xərcləri sürətlə artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada mənzil tikintisi xərcləri sürətlə artır.

Banco.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsi “Destatis” mənzil tikintisi qiymətləri ilə bağlı fevral ayına dair məlumatları açıqlayıb.

Məlumata əsasən, ölkədə ənənəvi üsullarla inşa edilən yeni yaşayış binalarının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 3,3 faiz artıb. 2025-ci ilin noyabr ayında 3,2 faiz təşkil edən artım tempi fevral göstəriciləri ilə yenidən sürətlənib.

Xərclərdəki artım yalnız yaşayış binaları ilə məhdudlaşmayıb. Ofis binalarının tikinti xərcləri 3,6 faiz, kommersiya obyektlərinin xərcləri 3,4 faiz, yol tikintisi xərcləri isə 3,7 faiz yüksəlib. Bundan əlavə, mövcud yaşayış binalarında texniki xidmət və təmir işləri ötən illə müqayisədə 4,1 faiz daha baha başa gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
24
1
banco.az

2Источники