RU

Rəşad Sadıqov: “Gələcəyi düşünərək bu addımı atdım”

“Zirə” Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Sabah”la 2:1 hesablı heç-heçə edib.

Publika.az xəbər verir ki, “qartallar”In baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqin ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edib iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. “Sabah”la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Düşünürəm ki, bu xal bizim üçün çox faydalı olacaq.

– Oyunun əvvəlində çox fəal idiz, komandaya motivasiya verirdiz…

– Bəli. Bu rəqiblə son oyunumuzun 27-ci dəqiqəsində hesab 3:0 olub. 15-ci dəqiqədə belə qol buraxanda narahat oldum ki, komanda dağıla bilər. Ona görə həmin dəqiqələrdə fəallıq göstərdim. Amma dəqiqələr ötdükcə, xüsusilə də ikinci hissəfə passiv idim.

Избранный
19
12
publika.az

10Источники