RU

KİV: İran və ABŞ arasında ekspert məsləhətləşmələri başa çatıb - YENİLƏNİB

İran və ABŞ nümayəndə heyətləri ekspertlər səviyyəsində danışıqlar mərhələsini başa çatdırıblar.

"Report" xəbər verir ki, bu barədə "Farhikhtegan" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda tərəflər müzakirə olunan məsələlərin yekunlarına dair yazılı protokollar mübadiləsi aparırlar.

Daha əvvəl CNN pakistanlı mənbəyə istinadən xəbər vermişdi ki, İslamabaddakı danışıqların gecə saatlarına qədər və ehtimal ki, bazar gününədək davam edəcəyi gözlənilir.

İran və ABŞ nümayəndə heyətləri arasında İslamabadda keçirilən danışıqlar daha bir gün uzadıla bilər.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin müxbiri danışıqların keçirildiyi yerdən məlumat yayıb.

Dəqiqləşdirilib ki, bu məsələ üzrə yekun qərar hələ qəbul edilməyib.

"Ümumi məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar texniki detalların müzakirəsi ilə davam edib. Danışıqların bir gün üçün planlaşdırılmasına baxmayaraq, ekspertlər səviyyəsindəki müzakirələr üçün onların daha bir gün uzadılması ehtimalı var", - məlumatda qeyd olunub.

"Reuters" Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşner İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Abbas Əraqçi vəPakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar aparırlar.

Избранный
20
2
far.az

10Источники