RU

Premyer Liqa: “Neftçi” vacib qələbə qazanıb

Bakı, 11 aprel, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün son görüşündə “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. “Palms Sports Arena” stadionunda keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra "Neftçi" 43 xalla beşinci, “Araz-Naxçıvan" isə 39 xalla altıncı pillədə yer alıb.

Daha əvvəl "Sabah" - "Zirə" (2:2) və “Şamaxı” - “Qarabağ” (0:0) matçlarında heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.

Избранный
60
4
azertag.az

5Источники