Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Aktrisa Sinem Ünsal barədə verilən saxlanılma qərardan sonra baş rolda çəkildiyi “Uzak Şehir” serialının pərəstişkarları təşvişə düşüb. Sosial şəbəkələrdə layihənin dayandırılacağı ilə bağlı yayılan iddialara rəsmi aydınlıq gətirilib.Məlum olub ki, aktrisanın saxlanılması çəkiliş qrafikinə ciddi təsir etməyib. Belə ki, Sinem Ünsal 57-ci bölüm üçün nəzərdə tutulan bütün səhnələrini həmin qərardan cəmi bir neçə saat əvvəl tamamlayıb. Bu səbəbdən ekran işinin gedişatında hər hansı gecikmə və ya fasilə yaranmayıb.Serialın yayım planında da heç bir dəyişiklik edilməyib. "Uzak Şehir" yeni bölümü ilə nəzərdə tutulan vaxtda tamaşaçıların görüşünə gələcək.Qeyd edək ki, aprelin 9-da bir neçə tanınmış simanın da daxil olduğu genişmiqyaslı istintaq çərçivəsində Sinem Ünsal barəsində də saxlanılma qərarı verilmişdi. Hazırda aktrisa ilə bağlı hüquqi proses davam edir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.