Bəs belə dükan açılacaqmı? Tovuzlular nə vaxt stadionda, küçədə komandanın forması ilə görünəcək?
Klubun mətbuat katibi Süleyman Tağıyev “Football-plus.az”a bu barədə xoş xəbər verib:
“Fanşopumuz ötən mövsüm açılmışdı, yaxşı satış da olurdu. Yeni mövsümdə geyim dəstləri də dəyişdi. “Joma”dan “Adidas”a keçdik. Sifarişlərdə gecikmələr olurdu, oyunları məcburən Bakıda keçirdik. Avrokubok şanslarımız da yüksəkdi. Həmin vaxta kimi həm Bakıda, həm də Tovuzda fanşop nəzərdə tutulur. Fanşop azarkeşlərin arzuladığı atributlar, formalar ilə təchiz olunacaq”.
MÜZƏFFƏR QULUZADƏ