RU

Həlledici mərhələ: İran və ABŞ üçüncü raunda başladı

İran və ABŞ arasında danışıqlar prosesi yeni mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, tərəflər arasında üçüncü raund danışıqlar Pakistanın paytaxtı İslamabadda start götürüb.

Məlumata əsasən, görüşdə əsas diqqət bölgədə artan gərginlik, xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət və iqtisadi məsələlərə yönəlib. Eyni zamanda tərəflər arasında sanksiyalar, təhlükəsizlik zəmanətləri və dəniz nəqliyyatının təhlükəsizliyi kimi məsələlərin müzakirə olunduğu bildirilir.

Qeyd olunur ki, əvvəlki mərhələlərdə tərəflər yazılı sənədlərin mübadiləsinə keçmiş, bəzi texniki detallar üzərində razılaşmalar əldə olunmuşdu. Lakin bir sıra əsas məsələlərdə fikir ayrılıqları qalmaqdadır.

Hazırkı raundun danışıqların taleyində həlledici mərhələ ola biləcəyi istisna edilmir.

Musavat.com

Избранный
48
23
musavat.com

10Источники