RU

Bundesliqa: “Borussiya” uduzdu, “Bayern” 5 qola sevindi – ARENA.AZ

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Dortmund “Borussiya” doğma meydanda “Bayer”ə, “Volfsburq” isə “Ayntraxt”a məğlub olub.

“Haydenhaym” “Union Berlin”i, “Leypsiq” Mönhenqladbax “Borussiya”sınaı xalsız yola salıb.

Səfərdə “Sankt Pauli” ilə qarşılaşmış lider “Bayern” isə 5 cavabsız qola sevinib.

Qeyd edək ki, 29-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
29-cu tur
10 aprel

Auqsburq – Hoffenhaym 2:2
Qollar: Klod-Mauris, 11. Qreqoriç, 14 – Hranaç, 35. B.Ture, 42.

11 aprel

Borussiya (Dortmund) – Bayer 0:1
Qollar: Andrix, 42.

Haydenhaym – Union Berlin 3:1
Qollar: Honsak, 9; 36. Zivzivadze, 79 – Querfeld, 75.

Leypsiq – Ayntraxt 1:0
Qol: Diomands, 80.

Volfsburq – Ayntraxt 1:2
Qollar: Peyçinoviç, 90+7 – Höylund, 21. Kalimuendo, 32.

Sankt Pauli – Bayern 0:5
Qollar: Musiala, 9. Qoretska, 53. Olise, 55. N.Cekson, 65. R.Gerrero, 88.

12 aprel

7:30. Köln – Verder
19:30. Ştutqart – Hamburq
21:30. Maynts – Frayburq

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
15
5
arena.az

10Источники