ABŞ Prezidenti Donald Tramp İran əməliyyatı zamanı hədəflərinə nail olduğunu, buna görə də münaqişənin nizamlanmasına dair sazişin artıq o qədər də əhəmiyyət kəsb etmədiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times"a məlumat yayıb.
Prezident "Hadisələrin istənilən inkişafı zamanı biz qələbə qazanırıq" deyib. Tramp əlavə edib ki, onun fikrincə, ABŞ onlara qarşı "hərbi qələbə qazanmağı" bacarıb.
Aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb. Bu məsləhətləşmələr vasitəçi qismində çıxış edən Pakistanın rəsmi şəxslərinin iştirakı ilə keçirilir.