RU

Vens: ABŞ və İran razılığa gələ bilmədi

BAKI, 12 aprel. TELEQRAF

ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb, lakin tərəflər bir sıra məzmunlu müzakirələr aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İslamabad şəhərində keçirilən görüşlər zamanı tərəflər arasında bir neçə məzmunlu müzakirə baş tutub, lakin yekunda razılaşma əldə olunmayıb.

“Biz iranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu yaxşı xəbərdir. Pis xəbər isə ondan ibarətdir ki, razılığa gələ bilmədik”, – deyə o vurğulayıb.

Vitse-prezident əlavə edib ki, ABŞ tərəfi İrana son və ən əlverişli təkliflərini təqdim edib və artıq qərar Tehranın üzərinə düşür.

“Biz buradan çox sadə bir təklif qoyaraq ayrılırıq. Bu, bizim yekun və ən əlverişli təklifimizdir. İndi qərar İran tərəfinindir”, – deyə Vens qeyd edib.

Избранный
51
teleqraf.com

1Источники