RU

MPL: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir

Misli Premyer Liqasında 27-ci tur bu gün başa çatacaq. 

Fanat.Az xəbər verir ki, tura bölgədə keçiriləcək iki oyunla yekun vurulacaq.

Əvvəlcə "Qəbələ" "İmişli"ni sınağa çəkəcək. Elitaya bu mövsüm Birinci Liqadan yüksələn komandaların saat 15:30-da başlayacaq dueliniə Rəşad Əhmədov idarə edəcək.

Turun bağlanış matçında "Turan Tovuz" ilə "Sumqayıt" üz-üzə gələcəklər. Uzun fasilədən sonra yenidən Tovuza dönən Kurban Berdiyevin komandası əsas rəqiblərinin xal itirməsindən yararlana, həm özündən öndəkilərlı xal fərqini azalda biləcək, həm də "Zirə"dən aralanaraq 3-cü yerdə möhkəmlənəcək. "Gənclik şəhəri" təmsilçisi isə 8 oyunluq qələbəsizlik seriyasına son qoymaq əzmindədir.

Turun cümə və şənbə günü keçirilən oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) üstələyib, "Qarabağ" "Şamaxı" ilə (0:0), "Sabah" isə "Zirə" ilə (2:2) heç-heçəyə razılaşıb.

Misli Premyer Liqası
27-ci tur
12 aprel  

“Qəbələ” – “İmişli” 
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev, Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu, 15:30

“Turan Tovuz” – “Sumqayıt” 
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu, 18:00

Избранный
8
50
fanat.az

10Источники