Bakı, 12 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edəcək. Görüş saat 15:30-da başlayacaq.
Tur Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" matçı ilə başa çatacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.