RU

ABŞ İranla bağlı bu xəbəri AÇIQLADI

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə yekun razılığa gələ bilməyib.

Avtosfer.az xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik... Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik", - o bildirib.

Vens bildirib ki, Amerika tərəfi "ən son sülh təkliflərini" İran tərəfinə çatdırıb.

"Biz buradan çox sadə bir təklif qoyaraq ayrılırıq. Söhbət bizim yekun və [Tehran üçün] ən sərfəli təklifimiz olan anlaşma metodundan gedir", - o bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
7
avtosfer.az

10Источники