RU

İran uranın ölkədən çıxarılmasına razı olmayıb - Danışıqların təffərrüatı

Vaşinqton Tehrandan uranın ölkədən çıxarılmasını və Hörmüz boğazının açılmasını tələb edib, Tehran bu şərtləri qəbul etməyib...

ABŞ-nin İranla apardığı danışıqlar zamanı Vaşinqton Tehrandan zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasını tələb edib.

Poliqon xəbər verir ki, bu barədə İranın Tasnim Agentliyi məlumat yayıb. Məlumata görə, İran tərəfi bu şərti qəti şəkildə rədd edib və onu ölkənin milli təhlükəsizliyinə zidd hesab edib.

Bununla yanaşı, ABŞ Hörmüz boğazının heç bir şərt olmadan açılmasını da əsas tələblərdən biri kimi irəli sürüb. Lakin Tehran bu məsələdə də güzəştə getməyərək, regiondakı təhlükəsizlik vəziyyəti və öz strateji maraqları nəzərə alınmadan belə bir addımın mümkün olmadığını bildirib.

Mənbələrin məlumatına əsasən, Vaşinqton hər iki məsələni danışıqlarda “qırmızı xətlər” kimi təqdim edib. Buna baxmayaraq, İran bu tələbləri qəbul etməyib və öz mövqeyində qaldığını nümayiş etdirib. Bu isə tərəflər arasında fikir ayrılıqlarının hələ də ciddi səviyyədə olduğunu göstərir.

Ekspertlərin fikrincə, zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması tələbi İranın nüvə proqramı üzərində nəzarətin gücləndirilməsinə yönəlib. Digər tərəfdən, Hörmüz boğazı dünya enerji təchizatı üçün strateji əhəmiyyət daşıdığından, onun açılması məsələsi beynəlxalq bazarlara birbaşa təsir göstərir.

Mövcud vəziyyət göstərir ki, tərəflər arasında kompromis əldə olunması üçün əlavə diplomatik səylərə ehtiyac var. İranın sərt mövqeyi və ABŞ-nin israrı isə yaxın perspektivdə razılaşmanın əldə olunmasını çətinləşdirir.

Poliqon.info

Избранный
56
50
poliqon.info

10Источники