RU

MPL: Qəbələdə heyətlər bilindi, "Turan Tovuz" "Sumqayıt"a qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXVII turun oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

"Qəbələ" doğma meydanda "İmişli"ni, "Turan Tovuz" isə "Sumqayıt"ı qəbul edəcək. 

Turun cümə və şənbə günü keçirilən oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) üstələyib, "Qarabağ" "Şamaxı" ilə (0:0), "Sabah" isə "Zirə" ilə (2:2) heç-heçəyə razılaşıb.

Misli Premyer Liqası
27-ci tur
12 aprel 

15:30. "Qəbələ" – "İmişli" 
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Əli Əliyev, Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu.

Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu. 
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare. 
Baş məşqçi: Kaxaber Tsxadadze. 
İmişli”: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 17. Ezekiel Morqan, 7. Luis Silvestr. 
Ehtiyat oyunçular: 99. İmam Əli, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 20. Nazim Hüseynov, 6. Yau Mozes. 
Baş məşqçi: Jorje Kaşkilya. 

18:00. "Turan Tovuz" – "Sumqayıt" 
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu.

Избранный
10
1
fanat.az

1Источники