RU

Barış Alpər Yılmazın əvvəlki klubu 20 faizlik paya göz dikib

''Qalatasaray''ın önəmli oyunçularından olan Barış Alpər Yılmazın əvvəlki klubu ''Keçiörəngücü''nün prezidenti Sedat Tahiroğlu Türkiyə mətbuatına acıqlamalar verib.

Bir çox önəmli klub tərəfindən təqib edilən Barış Alpərin yayda hara transfer olunacağı maraq doğurur. Ötən yay bu futbolçuya Səudiyyə Ərəbistanından 40 milyon avroluq təklif gəlsə də, ''Qalatasaray'' onu satmamışdı. ''Keçiörəngücü'' də bu xəbərləri diqqətlə təkzib edir. Çünki bu klubun 20 faizlik payı var. Barışın satışından əldə olunacaq məbləğin 20 faizi məhz 1-ci liqa təmsilçisinə çatacaq.

Ankara klubunun prezidenti bunları deyib:

''Bizdə oynamış bəzi futbolçuları Türkiyə yığmasının heyətində görmək qürurvericidi. Barış Alpər Yılmazın Avropaya yollanması həm onun özü, həm də təbii ki, bizim üçün faydalı olar. Ancaq indiyə qədər ''Qalatasaray''ın heç bir rəsmisi bizimlə əlaqəyə keçməyib. Onlardan ümumiyyətlə bu barədə heç kimlə ünsiyyətimiz olmayıb. Gözləmə mövqeyindəyik. Qismətimizdə varsa, baş tutacaq''.

Qeyd edək ki, İstanbul nəhəngi 2021-də Barış Alpəri ''Keçiörəngücü''dən cəmi 1,5 milyon avroya transfer edib. Hazırda ''transfermarkt''da onun dəyəri 26 milyon avro göstərilsə də, ''Cim-Bom'' bu istedadlı futbolçunu 45 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Hazırda ''sarı-qırmızılar''da ən çox qazanan yerli futbolçu olan Barış bu mövsüm 43 rəsmi oyunda aktivinə 11 qol, 15 məhsuldar ötürmə yazıb.
Избранный
18
1
football-plus.az

2Источники