1961-ci il 12 aprel tarixində kosmosa ilk uçuşu həyata keçirən şəxs rus kosmonavt Yuri Qaqarin olmuşdur. O, SSRİ-nin “Vostok-1” kosmik gəmisi ilə Yer ətrafında orbitə çıxaraq bəşər tarixində kosmosa gedən ilk insan kimi tanındı. Qaqarinkosmonavt korpusuna seçilərkən onun boyunun nisbətən qısa olması (təxminən 1.57 m) üstünlük hesab olunurdu. Çünki “Vostok” kapsulu çox dar idi və bu cür fiziki xüsusiyyətlər texniki baxımdan daha uyğun sayılırdı. Hazırlıq zamanı o, çox ağır testlərdən keçmişdi. Bunlara yüksək sürətli fırlanma (sentrafuqada sınaqlar), uzunmüddətli izolyasiya kamerasında qalmaq və çəkisizlik şəraitinin simulyasiyası daxil idi. Bu testlər kosmosda qarşılaşa biləcəyi həm fiziki, həm də psixoloji çətinlikləri yoxlamaq üçün aparılırdı. Həyata keçirilən bu ilk insanlı kosmik uçuş 108 dəqiqə davam etmiş və Yer ətrafında bir tam dövrü əhatə etmişdir. Bu, orbital mexanikanın praktik tətbiqinin erkən uğurlarından biridir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта