RU

Hanter Bayden Trampın oğulları ilə qəfəsdə döyüşmək istəyir

Sabiq prezident Co Baydenin oğlu Hanter Bayden ABŞ lideri Donald Trampın oğulları - kiçik Donald Tramp və Erik Trampı “qəfəs” döyüşünə çağırıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, müstəqil jurnalist Endryu Kallaqan tərəfindən idarə olunan “Channel 5” media layihəsi “Instagram” səhifəsində Hanter Baydenin açıqlamasını əks etdirən video yayıb.

Videoda Hanter Bayden döyüşün “Channel 5 Karnavalı” çərçivəsində təşkil olunması ideyasını qəbul etdiyini bildirib:

“Bunu edəcəyimi demişəm. Əgər təşkil etsələr, mütləq iştirak edəcəyəm. Təşkil olunmasa belə, yenə də gələcəyəm”.

Məlumata görə, Kallaqan bu qarşılaşmanın təşkil olunacağı halda yer, tarix və formatın hələ müəyyən edilmədiyini bildirib.

İddialara əsasən, döyüş baş tutarsa, bu, ABŞ siyasi ailələri arasında ən qeyri-adi idman hadisələrindən biri ola bilər.

Sosial mediada yayılan məlumatlara görə, bu təşəbbüs hələlik rəsmi təsdiqini tapmayıb və tərəflər döyüş çağırışına rəsmi cavab verməyib.

Eyni zamanda ABŞ prezidenti Donald Trampın Ağ Ev ərazisində UFC tədbiri keçirməyi planlaşdırdığı da bildirilir. Tədbirin ABŞ-nin 250 illiyi və Trampın doğum günü ilə üst-üstə düşəcəyi qeyd olunur.

Şahanə Rəhimli
Musavat.com

Избранный
22
3
musavat.com

4Источники