RU

Ötən gün Tərtərdə törədilən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB

Ötən gün Tərtərdə törədilən qətlin səbəbi və bəzi təfərrüatları məlum olub.

Məlumata görə, Aslanov Nabil Saleh oğlu həmkəndlisi, Səfixan Nağıyevin satışa çıxardığı "Niva" markalı avtomobili 1 ay sonra pulunu ödəmək şərtilə almaq istədiyini bildirib. S.Nağıyev isə avtomaşını nisyə satacağı halda pulunu ala bilməyəcəyini əsas gətirərək etiraz edib. Bundan sonra, tərəflər arasında mübahisə yaranıb və N.Aslanov S.Nağıyevə bıçaqla xəsarət yetirib.

Bu hadisədən sonra həbs edilən N.Aslanov 2 ay əvvəl azadlığıa çıxıb.

Onlar aralarında yaranmış mübahisəyə son qoymaq məqsədilə rayon ərazisindəki kafelərdən birində görüşüblər. Bu zaman S.Nağıyev keçmiş mübahisəni əsas gətirərək N.Aslanova çoxsaylı bıçaq zərbələri vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Polis hadisəni törətməkdə şübhəli bilinən S.Nağıyevi saxlayaq istintaqa təhvil verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

10:35

Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə kafedə baş verib. N.Aslanov kafedə mübahisə zəminində bıçaqlanıb.

Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.

Araşdırma aparılır.

Избранный
21
5
news365.az

6Источники