“Sabah” basketbol klubunun U-18 komandası Gənclər Liqasındakı çıxışını yekunlaşdırıb.
"Football-plus.az" xəbər verir ki, turnirdə 7-8-ci yerlər uğrunda keçirilən matçda komanda Türkiyənin “Tofaş” kollektivinə inamla qalib gəlib. Qarşılaşma 86:60 (24:18, 24:12, 21:16, 17:14) hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.
Xatırladaq ki, “Sabah” daha əvvəl 5-8-ci yerlər uğrunda oyunda Bosniya və Hersoqovinanın “Borats” klubuna uduzmuşdu (60:67). Qrup mərhələsində isə komanda “İqokea”ya məğlub olsa da (58:88), Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini üstələməyi bacarmışdı (72:61).
Oyunlar Bosniya və Hersoqovinanın Laktaşi şəhərində təşkil olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта