RU

Ər-Riyad İraq ərazisindən olunan hücumları kəskin qınayıb, səfirə etiraz notası təqdim edilib

İraq səfiri Safiyyə əl-Suheyli Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə çağırılıb.

“İki sahil” xəbər verir ki, İraq ərazisindən Səudiyyə Ərəbistanına və digər Körfəz dövlətlərinə qarşı həyata keçirilən davamlı PUA (pilotsuz uçuş aparatları) hücumları, açıq təhdidlər qətiyyətlə pislənib və kəskin şəkildə qınanıb. Bu xüsusda səfirə etiraz notası təqdim edilib.

Notada İraq hökumətinə bu kimi təhdid və hücumlara qarşı məsuliyyətli mövqe sərgiləməklə bağlı çağırış edilib. Eyni zamanda, region ölkələrinin suverenliyinə və sabitliyinə yönəlmiş hər hansı təhdidlərin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Krallıq öz təhlükəsizliyini təmin etmək və ərazilərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Избранный
4
3
ikisahil.az

10Источники